performers

Tar ifaçıları (Tarzən)

55Firuz Əliyev 1950 -ci ildə Bakıda anadan olmuşdur. Firuz Əliyev sənətdə ilk addımlarını ustad sənətkar Əhməd Bakıxanovun rəhbərliyi ilə atmışdır. 

Tarzən 1975-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirdikdən sonra Azərbaycan Dövlət Filarmoniyasında fəaliyyətə başlayır. Daha sonralar "Azərkonsert" Birliyində, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində çalışır. 

Firuz Əliyev tar məktəbinin ustad sənətçiləri Əhməd Bakıxanov, Əliağa Quliyev, Əhsən Dadaşov kimi görkəmli şəxsiyyətlərdən bəhrələnərək, onların ləyaqətli varisi olmuşdur. 

Firuz Əliyev milli mədəniyyətimizi dünyanın müxtəlif ölkələrində - Almaniyada, Avstriyada, Amerikada, Türkiyədə, Hindistanda, Əfqanıstanda, İordaniyada, Afrikada, Çexoslovakiyada, İranda, İsraildə, Kanadada, Rusiyada, Gürcüstanda,Ukraynada, Özbəkistanda məharətlə təqdim etmişdir. Azərbaycan Milli Konservatoriyasında pedaqoji fəaliyyətlə məşğuldur. Azərbaycan Respublikasının Xalq Artistidir.