Londonda Kraliça Elizabet salonunda muğam konserti olacaqdır
Fevralın 3-də İngiltərə paytaxtının ən nüfuzlu salonlarından birində - məşhur Kraliça Elizabet salonunda Azərbaycanın istedadlı muğam ifaçısı Qoçaq Əsgərovun və onun ansamblının konserti olacaqdır.
Tədbir TEAS Avropa-Azərbaycan cəmiyyətinin maliyyə dəstəyi ilə BBC Radio-3 tərəfindən təşkil olunmuş “Sülh yolları” layihəsi çərçivəsində keçiriləcəkdir.
Konsertə Azərbaycan musiqi sənəti həvəskarları, Britaniya icitmaiyyətinin nümayəndələri dəvət olunmuşlar.
Xatırladırıq ki, Qoçaq Əsgərov öz ansamblı ilə birlikdə dünyanın bir sıra ölkələrində müvəffəqiyyətlə konsertlər vermiş, bir neçə kompakt disk buraxmış, TEAS cəmiyyətinin prodüseri olduğu “Mistik muğam melodiyası Montanaya gəlir” filminin qəhrəmanlarından biri olmuşdur. (AzərTAc)
