Beynəlxalq uşaq muğam festivalının seçim turları davam edir
Xəbər verdiyimiz kimi, cari ilin mayından Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin dəstəyi, “PAŞA Bank”ın baş sponsorluğu ilə “Kainat” Gənclik Mərkəzinin təşkil etdiyi IV Beynəlxalq uşaq muğam festivalının seçim turlarına başlanılmışdır. İyulda Azərbaycan Milli Konservatoriyasında festivalın ilk dinləmələri keçirilmişdir. Qarabağ və Gəncə regionlarından seçilmiş istedadlı uşaqlar Bakıda peşəkar münsiflər heyəti qarşısında çıxış etmişlər.
Avqustda təşkil olunmuş növbəti dinləmələr zamanı dörd gənc ifaçı final mərhələsinə vəsiqə qazanmışdır. Bundan başqa, Bakı, Sumqayıt və Abşeronda seçim turunun təşkili sentyabr ayına planlaşdırılmışdır.
Festivalın münsiflər heyətinin sədri Xalq Artisti, professor Ağasəlim Abdullayevdir.
16 yaşadək uşaqlar arasında keçirilən beynəlxalq festivalın final mərhələsi cari ilin oktyabrında Beynəlxalq Muğam Mərkəzində keçiriləcəkdir. (AzərTAc)
