news

Stokholmda “Azərbaycan gecəsi” keçirilmişdir

Mugam RadioStokholm şəhərinin Hallunda Kitabxanasında “Azərbaycan gecəsi” keçirilmişdir.

Tədbirdə bu şəhərdə yaşayan və təhsil alan soydaşlarımız, türk icmasının və İsveç ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. 

Azərbaycanın tanıtmaq məqsədi ilə keçirilən tədbir ölkəmizə dair filmin nümayişi ilə başlamışdır.

İsveç Atatürkçü Düşüncə Dərnəyinin rəhbəri Mustafa Sönməz, şairə Eluca Atalı və digər çıxış edənlər tədbir iştirakçılarına Azərbaycan mədəniyyəti, tarixi və incəsənəti barədə məlumat vermişlər. 

Mərasimdə İsveçdə yaşayan azərbaycanlı uşaqların ifasında şeirlər, mahnılar səsləndirilmiş, Azərbaycanın xalq mahnısı “Sarı gəlin” təqdim olunmuşdur. 

Tədbir iştirakçıları Azərbaycan mətbəxinin nümunələrindən dadmışlar. (AzərTAc)

Bütün xəbərlər