Azərbaycanlı musiqiçilər Türkiyədə keçirilən 8-ci Beynəlxalq klassik musiqi festivalında iştirak etmişlər
Azərbaycanlı musiqiçilər Türkiyənin Bodrum kurort şəhərində keçirilən D-Marin Turqutreis 8-ci Beynəlxalq klassik musiqi festivalında iştirak etmişlər.
İstanbul Dovlət Konservatoriyasının müəllimi, azərbaycanlı pianoçu Gülnarə Şəkinskaya festivala dəvət olunmuş virtuoz skripkaçı Yuriy Başmet, opera sənətinin əfsanəsi Joze Karreras, David Gimenez kimi dünya şöhrətli musiqiçilərlə bilikdə dünya klassiklərinin əsərlərini ifa etmişdir.
Azərbaycanlı gənc musiqiçilər də TÜRKSOY təşkilatının təşəbbüsü ilə yaradılmış “Doğuş” uşaq simfonik orkestrinin tərkibində festivalda konsert proqramı ilə çıxış etmişlər.
İspaniyalı gitaraçı Jose Maria Qallardo Del Rey və ispan balet sənətinin ustalarından olan Antonio Markes gənc musiqiçilərin hazırladığı N.A.Rimskiy-Korsakovun “Şəhrizad” operasından səhnələri onlarla birlikdə ifa etmişlər. (AzərTAc)
