Kamança
Kamança - Azərbaycanin simli-kamanlı musiqi aləti. Ən qədim musiqi
alətlərindən biridir. Nizaminin “Xosrov və Şirin” poemasında adı
çəkilmiş,Təbriz miniatür rəsm əsərlərində (Ağamirək İsfahani, Mir
Seyid
Əli) təsvir olunmuşdur.Kamança,əsasən ,qoz ağacından düzəldilir. Kürəşəkilli çanaqdan,dairəvi qol, “aşıq”lar yerləşən kəllə hissədən və
“şiş” adlanan dəmir mildən ibarətdir.
Çanağın üzü –membranı balıq dərisindən, ya da qaramal ciyərinin pərdəsindən çəkilir, qolu pərdəsizdir. Simləri kaman vasitəsi ilə səsləndirilir. Kaman-uclarına bir çəngə at tükü bağlanmış yayşəkilli ağac çubuqdur. Alətin ümumi uzunluğu 650-900sm olur.
Əvvəllər 1-3 simdən ibarət idi. Hazırda 4
simi var: kiçik oktavada “lya”, birinci oktavada “mi,lya”, ikinci
oktavada “mi” səslənir.
Diapazonu kiçik oktavanın “lya”-üçüncü
oktavanın “mi” (bəzən sol) səsləri həcmindədir. İncə,həzin səsi var.
Son dərəcə təsirli tembri olan kamançada lirik musiqinin ifası
xüsusilə gözəl təsir bağışlayır.
Kamançadan həm solo, həm də ansambl tərkibində musiqi aləti kimi
istifadə olunur. Kamança əsas alətlərdən biri kimi sazandalar
ansamblının, x.ç.a. ansamblları və orkestrlərinin tərkibinə daxildir.
Kamança tar və qaval alətləri ilə birlikdə muğam üçlüyünü təşkil edir. İnstrumental muğamların kamançada solo ifası geniş yayılmışdır. Azərbaycanın məhşur kamança çalanları-Habil Əliyev,Şəfiqə Eyvazova və başqaları. Qaval - zərbli musiqi aləti. Dairəşəkilli,eni 60-75mm və diametri 350-450mm olan sağanağın içərisinə dairə boyu xırda halqalar bərkidilir və onlar çalğı vaxtı səslənir. Muğam ifaçılığında geniş tətbiq olunur. Klassik muğam üçlüyü tar,kamança və qavaldan ibarətdir. Xanəndə qavalda çalaraq,ansamblda dəqiq ritmli musiqi epizodlarının ifasında iştirak edir. Buna görə də qaval aləti,bir növ,xanəndənin atributuna çevrilmişdir.
