Qaval (Dəf)
Qaval - zərbli musiqi aləti. Dairəşəkilli,eni 60-75mm və diametri
350-450mm olan sağanağın içərisinə dairə boyu xırda halqalar
bərkidilir və onlar çalğı vaxtı səslənir.
Muğam ifaçılığında geniş tətbiq olunur. Klassik muğam üçlüyü tar,kamança və qavaldan ibarətdir.
Xanəndə qavalda çalaraq,ansamblda dəqiq ritmli musiqi epizodlarının ifasında iştirak edir. Buna görə də qaval aləti,bir növ,xanəndənin atributuna çevrilmişdir.
